Quranda ağcaqanaq misalı

Quranda ağcaqanaq misalı
19:52 22 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya balacası - utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: "Görəsən Allahın bu məsəldən məqsədi nədir?!" (Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır". ("Bəqərə" 26)

Təfsirçilərin nəzərinə görə bu ayə o zaman nazil olmuşdur ki, kafirlər atəş və yağış barəsində gələn əvvəlki ayələrə irad tutub, deyirlər ki, Allah bu şeylərdən daha ucadır ki, belə məsəllər çəksin. Bu zaman həmin ayə nazil olur və onlara cavab verir.

Nəql edirlər ki, nə zaman Quranda həşəratlar barəsində məsəllər bəyan olunardı, kafirlər ona irad tutub Quran barəsində şübhə etdiklərini söyləyərdilər. Yuxarıdakı ayə ona görə nazil olur və onların bu şübhələrini cavablandırır.

Bunu qeyd etməliyik ki, iki nöqtəyə diqqət etmək çox mühümdür:

1. Allahın misallarında mübahisə etmək yersizdir. Çünki bu misallar Allah tərəfindən çəkilmişdir. Bütün kainat Allahın xəlqidir və mahiyyətcə Onun üçün kiçik və böyük yoxdur. Ona görə də ola bilsin ki, misallarında ən kiçik varlıq olan ağcaqanadın adını çəksin və ya ondan böyük olan milçəyin və ya başqa həşəratların və ya heyvanın.

2. O zaman ki, qarşı tərəf səni təhqir edər, sən çalışarsan ki, misal çəkməklə onun sözünün zəifliyini göstərəsən. Bəzən bu təhqirlərin cavabını həmin kiçik həşəratların adını çəkməklə etmək münasib olur. Çünki səmanın və ya kainatın misalını çəkmək belə hallarda çox da uyğun deyildir. (Həvzəh)

Beləliklə deyə bilərik ki, Allah istər ən kiçik varlığı olan ağcaqanadın misalını çəksin, istərsə də kainat kimi böyük yaratdığının - hər birində minlərlə hikmət gizlənmişdir. Bu hikmətləri dərk etmək isə biz insanların boynuna düşür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR