Birinə pul verib, sonra həmin məbləği artığı ilə almaq düzgündürmü?

Birinə pul verib, sonra həmin məbləği artığı ilə almaq düzgündürmü?
20:17 22 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Bir nəfərə borc olaraq pul vermək və pulu geri alarkən üstündə artıq məbləğ tələb etmək haramdır. Bu, riba, yəni sələm sayılır. Milli.Az islam.az-a istinadən bildirir ki, sələmçilik böyük günahlardandır, ayə və hədislərdə bunu qadağan edən ağır ifadələr işlənmişdir. Amma pulu artığı ilə almağın halal bir yolu vardır ki, buna müzarəbə deyirlər. Müzarəbədə pulun artığı qabaqcadan müəyyən edilmir. Müzarəbə o deməkdir ki, iki nəfər bir iş qurmaq üçün şərik olurlar. Adi şəriklikdən fərqi budur ki, burada tərəflərdən biri maliyyə yatırımı edir, o biri isə fəaliyyətlə məşğul olmağı öhdəyə alır. Müzarəbə zamanı şərt kəsirlər ki, əldə edilən qazanc onların arasında bölünsün. Yəni tərəflər qazanca şərik olurlar, ziyan olsa, bunu da bərabər qarşılayırlar. Beləliklə, pul sahibi öz pulunu o biri şəxsə verir, o da həmin pulla iş qurur. Təyin olunmuş vaxt qazanc bölünür, ilkin kapital isə yenə əvvəlki sahibinin mülkiyyətində qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR