Keçmiş səmavi kitablardakı yazılardan günümüzə kimi gəlib çatanı varmı?

Keçmiş səmavi kitablardakı yazılardan günümüzə kimi gəlib çatanı varmı?
20:47 22 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Əqidəmizə görə, Allah-Taala Qurani-Kərimdən əvvəl Həzrət Musaya (ə) Tövratı, Həzrət Davuda (ə) Zəburu, Həzrət İsaya (ə) İncili nazil etmişdir. Bunlar səmavi kitablar sayılır. Lakin insanlar bu kitabları təhrif etmiş, öz istəklərinə uyğun olaraq dəyişdirmişlər. Tövrat, Zəbur və İncilin hazırki mətnləri də təhrif faktlarının olduğunu təsdiq edir. Bununla belə, həmin müqəddəs kitabların tam təhrif olunduğunu da iddia edə bilmərik. Hazırda mövcud olan variantlarda səmavi kitabların orijinalının bir hissəsi qalmışdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bununla yanaşı, bəzi digər mənbələrdə də qədim səmavi kitabların fraqmentləri qeyd edilib. Məsələn, qədim hədis kitablarından olan "Tühəf əl-üqul" əsərində Həzrət Musaya (ə) və Həzrət İsaya gəlmiş vəhylərdən nümunələr verilmişdir. Eləcə də, hədisi-qüdsi kitablarında bu məzmunda məlumatlar mövcuddur. Müasir tədqiqatçılar bu qəbildən olan hədislərin bəzilərinin sənədinin olmaması və ya qarışıq olmasını əsas gətirərək, daha dərin araşdırmaya ehtiyac duyulduğunu deyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR