Mikayıl Cabbarov: Prezidentin sərəncamı on minlərlə müəllim ailəsinə böyük sevinc gətirdi

Mikayıl Cabbarov: Prezidentin sərəncamı on minlərlə müəllim ailəsinə böyük sevinc gətirdi
14:48 17 Yanvar 2015
153 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Azad Həsənli/

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanvarın 16-da bilik və bacarıqlarının diaqnostik qiyməlləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncam təhsil sistemində müsbət dəyişiklikləri dəstəkləyən bir sənəddir”. Trend-in məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, dövlət başçısı növbəti dəfə böyük siyasi iradə göstərərək insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım atdı: “Əhalinin aztəminatlı kateqoriyasına aid müəllimlərin maddi güzəranının yaxşılaşdırılması məqsədilə verilən qərar dünyada baş verən proseslər nəticəsində yaranmış əlverişsiz şəraitdə belə, Azərbaycan Prezidentinin sadə insanların rifahı haqqında düşündüyünü və əsas vəzifəsini xalqına şərəflə xidmət etməkdə gördüyünü bir daha təsdiq edir”.

M.Cabbarovun sözlərinə görə, bu qərarın siyasi əhəmiyyəti ilə yanaşı, təhsilimizin strateji inkişafı baxımından vacibliyini də vurğulamaq lazımdır.

O bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 5 əsas istiqamətindən biri təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini, innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsil verənlərin formalaşdırılmasını nəzərdə tutur: “Müəllim sənəti çətin olması ilə yanaşı, az maaşlı olduğundan tədricən cəmiyyətdə cəlbediciliyini itirmək təhlükəsi ilə üzləşirdi və nəticədə savadlı gənclər özləri üçün qazanc baxımından daha perspektivli olan başqa peşələr seçirdilər. Müəllim peşəsinin ictimai nüfuzunun bərpası, onun maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə isidedadlı gənclərin cəlb olunması - bütün bunlar təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir”.

Nazirin sözlərinə görə, maddi stimulların yaradılması ilə paralel olaraq, təhsil sistemində çalısan müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması, müəllim-şagird nisbətini və müəllimlərin həftəlik dərs yükünün normasını artırmaqla optimallaşdırma tədbirlərinin görulməsi zərurətə çevrilmişdi: “2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu qiymətləndirmə müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi baxımından etibarlı mənbə olub. İlkin mərhələdə paytaxtdakı məktəbləri əhatə edən diaqnostik qiymətləndirmə prosesi digər aidiyyəti qurumlarla razılaşdırılmaqla tədricən digər bölgələrdə də tətbiq olunacaq”.

M.Cabbarov qeyd edib ki, diaqnostik qiymətləndirmənin nəticələri əsasında müəllimlərin dərs saatlarının bölgüsü təkmilləşdirilib, peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər daha çox dərs saatı ilə təmin edilib, zəif nəticə göstərmiş müəllimlər isə əlavə təhsilə cəlb olunublar: “Təhsil Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində diaqnostik qiymətləndirmə aparılan təhsil müəssisələrində müəllim-şagird nisbəti 1:12-dək artıb. Beləliklə, müəlümlərin həftəlik dərs yükü normasının 1,5 dəfə (12 saatdan 18 saatadək), aylıq vəzifə maaşının isə orta hesabla 2 dəfə artırılması üçün zəruri şərtlər ortaya qoyulub. İnanırıq ki, müəllimlərin maddi rifah halının yaxşılaşdırılmasına səbəb olacaq bu qərar təhsildə keyfyyət dəyişiklikləri ilə müşayiət olunacaq, təhsilimizin tərəqqisinə güclü təkan verəcək, müəllimlərin peşəkar inkişafına stimul yaradacaq. Bu qərar on minlərlə müəllim ailəsinə böyük sevinc gətirdiyi üçün onların adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR