Azərbaycan taekvondoçuları 9 medal qazandılar -

Azərbaycan taekvondoçuları 9 medal qazandılar -
00:47 23 Fevral 2020
152 Digər
Ölkə mətbuatı
A- A+

İsveçin Helsinqborq şəhərində taekvondo üzrə “Prezident Kuboku” keçirilib.
Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, millimiz yarışı 6 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.
Taekvondoçularımızdan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərə qalib gələrək, çempion tituluna yiyələniblər.
Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) ikinci yeri tutublar. Ramin Əzizov (87 kq) isə bürünc medalla kifayətlənib.
Millimiz yarışlara Azərbaycan Taekvonodo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılıb.
















Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-taekvondoculari-9-medal-qazandilar-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR