Keçmiş ər-arvad seçkilərdə rəqib olacaq

Keçmiş ər-arvad seçkilərdə rəqib olacaq
01:32 23 Fevral 2020
188 Maraqlı
Ölkə mətbuatı
A- A+

1995-ci ildən növbəli şəkildə Fransanın Şərqi Pireney departamentinin Le Barkares şəhərciyinin meri vəzifəsini tutan Alen və Joel Ferran bu il post uğrunda müttəfiq deyil, rəqib kimi mübarizə aparacaqlar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük 30 il bərabər yaşayıb. Lakin onlar münasibətlərinə son qoymaq qərarına gəliblər. İndi keçmiş ər-arvad seçkilərdə üz-üzə gələcək.

"Biz hələ də bir damın altında yaşayırıq, amma bu, həqiqətdir ki, o, daha (rəsmi) həyat yoldaşım olmayacaq... Həyat davam edir", - Alen Ferran deyib.

Öz növbəsində, Joel Ferran eks-ərinə güzəştə getməyəcəyini və ona rəqib olmağa hazır olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/827941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR