İdmançılarımız İsveçdə 9 medal qazandı - FOTO

İdmançılarımız İsveçdə 9 medal qazandı - FOTO
03:13 23 Fevral 2020
292 İdman
Ölkə mətbuatı
A- A+

İsveçin Helsinqborq şəhərində taekvondo üzrə “Prezident Kuboku” keçirilib.

Azərbaycan Taekvondo Federasiyasından Publika.az-a verilən məlumata görə, millimiz yarışı 6 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Taekvondoçularımızdan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərə qalib gələrək, çempion tituluna yiyələniblər.

Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) ikinci yeri tutublar. Ramin Əzizov (87 kq) isə bürünc medalla kifayətlənib.

Millimiz yarışlara Azərbaycan Taekvonodo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/305798.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR