Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO

Bakıda polislər qadının həyatını xilas etdilər - VİDEO
04:38 23 Fevral 2020
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qadın xidmət aparan polis avtomobilinin qarşısında yıxılıb.

Publika.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxt küçələrinin birində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən qadının halı anidən pisləşib və müvazinətini itirərək yerə yıxılıb.

Bu zaman ərazidə olan Post Patrul Xidmətinin əməkdaşları qadına ilkin tibbi yardım göstərib, daha sonra onu xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Hadisə anı digər avtomobildə olan video qeydiyyatçı vasitəsi ilə lentə alınıb. İlkin məlumata görə, hazırda qadının vəziyyəti yaxşıdır.//Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/305799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR