Özbəkistanda Məhəllə və Ailə Nazirliyi yaradılıb

Özbəkistanda Məhəllə və Ailə Nazirliyi yaradılıb
07:37 23 Fevral 2020
185 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Fərmanı ilə ölkədə Məhəllə və Ailə Nazirliyi yaradılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şavkat Mirziyoyevin sərəncamları ilə Raxmat Mamatov nazir, Aziz İkramov, Botir Parpiyev və Elmira Basitxanova nazir müavinləri təyin olunublar.

Yeni nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri "Firavan və təhlükəsiz məhəllə" prinsipinin cəmiyyətdə səmərəli tətbiqini, həmçinin ailədə və məhəllədə sosial-mənəvi ab-havanı sağlamlaşdırmaq üçün vətəndaş özünüidarə orqanları ilə sıx əməkdaşlığı həyata keçirməkdir.

Fərmana əsasən, Nazirlər Kabineti yanında "Ailə" Elmi-Praktik Tədqiqat Mərkəzinin və "Məhəllə" Tədris və Elmi-Tədqiqat Mərkəzinin bazasında "Məhəllə və ailə" Elmi-Tədqiqat İnstitutu da yaradılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR