Göyçayda avtomobil ağaca çırpıldı

Göyçayda avtomobil ağaca çırpıldı
11:58 23 Fevral 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Göyçay-Bərgüşad avtomobil yolunun 5-ci kilometrliyində, Kürdəmiş kəndində qeydə alınıb.

Belə ki, şəxsiyyəti hələ məlum olmayan sürücü “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/305816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR