Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır

Bu məhəllədə ildə 500 min dollar qazanan kasıb sayılır
13:22 23 Fevral 2020
267 Dünya
Ölkə mətbuatı
A- A+

Bloomberg 2020 ildə dünyanın ən varlı məhəllələrinin siyahısını yayımlayıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, Kaliforniyada Silikon vadisi yaxınlığında yerləşən Atherton məhəlləsi adambaşı 525 min 324 dollar illik gəlirlə ardıcıl 4-cü dəfədir ABŞ-ın ən varlı məhəlləsi olub.
2017-ci ildən bəri bu yana yayımlanan siyahıda ilk dəfə bir məhəllədə adambaşına düşən illik gəlir 500 min dolları ötüb. Sözügedən məhəllədə Silikon Vadisindəki şirkətlərin rəhbərləri və ya yüksək vəzifəli şəxsləri yaşayır.

Milyarderlərin yaşadığı, lüks idman avtomobilləri, hovuzlu villalar və tennis kortları ilə diqqət çəkən Athertonda ən ucuz evin qiyməti isə 2,5 milyon dollar dəyərindədir.

Hillsborough və Los-Altos Hills məhələləri isə 430 min 681 və 405 min 73 dollarlıq illik gəliri isə siyahının üçüncü və beşinci sıralarında yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/828167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR