Bakıda hava çiskin olacaq, dağlıq rayonlara qar yağacaq

Bakıda hava çiskin olacaq, dağlıq rayonlara qar yağacaq
13:32 23 Fevral 2020
418 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq.

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq. 

Fevralın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 4-8° isti, gündüz  12-17°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti  olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/weather/828168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR