İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatdı

İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatdı
17:27 23 Fevral 2020
65 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatıb.

Milli.Az bildirir ki, APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borelli bildirib.

Koronavirusa yoluxan 132 nəfərdən 2-i həyatını itirib, biri sağalıb. Hazırda 129 nəfər həkim nəzarətindədir.

Virusa yoluxma İtaliyanın dörd şimal əyalətində qeydə alınıb. Lombardiyada 88, Venetoda 24, Emilia-Romanye və Pyemontedə isə 9 nəfər virusa yoluxub.

A. Boreli deyib ki, zərurət yaranarsa, virusa yoluxanlar İtaliya Silahlı Qüvvələrinin karantin elan ediləcək obyektlərində yerləşdirilə bilər. Artıq bunun üçün kazarmalarda 5 min yer də hazırlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/828209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR