Türkiyə Azərbaycanla sərhəddi də bağladı

İranda koronavirusun yayılması xəbəri qonşu ölkələri, o cümlədən, Türkiyəni də narahat edib.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, Türkiyə virus təhlükəsinə görə Naxçıvan-Dilucu sərhəd qapısını bağlayıb. Sərhəddən giriş-çıxışa rəsmən qadağa qoyulub.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı səkkizə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR