Türkiyənin "Fənərbağça" futbol klubunun baş məşqçisi Ərsun Yanal istefa verib.
Bu barədə Metbuat.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Belə ki, "Fənərbağça"nın prezidenti Əli Qoç Türkiyə Super Liqasının 23-cü turunda "Qalatasaray"a 1:3 hesabı ilə uduzduqları derbidən sonra paltardəyişmə otağında məşqçilər korpusunu və futbolçuları sərt tənqid edib. Bu zaman baş məşqçi Ərsun Yanal "istefa edirəm, məndən bu qədər" deyərək paltardəyişmə otağını tərk edib.