Nazir: “Azərbaycanda əhalinin 73%-i internetdən istifadə edir”

14:52 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 14:50 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədədə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01 ədədə, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabər olub. 

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

 

Onun sözlərinə görə, 2014-cü il ərzində Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 15,2% üstələyib.

 

Nazir bildirib ki, 2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb: “Bu, ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir. Bildirim ki, hazırda ölkə əhalisinin 73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır”.

 

Ə. Abbasov qeyd edib ki, 2014-cü il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 119 mln. dəqiqə azalaraq 399,7 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 30,0 mln. dəqiqə azalaraq 127,6 mln. dəqiqə təşkil edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR