Tramp koronavirusdan danışdı

“Çin lideri Si Tszinpin koronavirus probleminin öhdəsindən gələcək. Buna əminəm”

Metbuat.az bildirir ki, bunu Hindistana səfəri ərəfəsində Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

“Bu, böyük bir problemdir, ancaq Çin rəhbəri ölkəsini sevir, çox işləyir və bu problemi həll edəcək”, Tramp bildirib.

O, əlavə edib ki, koronavirusla mübarizədə ABŞ hakimiyyət orqanları fəal iştirak edirik, baş verən hər şeyi yaxşı qiymətləndirir: “Ölkəmizdə vəziyyət tamamilə nəzarətimizdədir. ABŞ-da koronavirusa 12 nəfər yoluxmuşdu, amma indi onların əksəriyyətinin səhhəti yaxşılaşıb”. (apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR