Türkiyədə növbəti zəlzələ

Türkiyənin qərbində 4,8 maqnitudada zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 7 kilometr dərinlikdə, zəlzələnin episentri İzmirdən 90 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur. (report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR