Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı
09:32 24 Fevral 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-23 tarixlərində 55 cinayətin üstü açılıb. 
Onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Qəsdən sağlamlığa ağır zərər vurma üzrə 2, adam öldürməyə cəhdə görə 1, narkotiklərlə əlaqəli 17, xuliqanlıq üzrə 8, baş verən oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb.
İtkin düşən kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-itkin-dusenler-tapildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR