"Elə müğənnilərimiz var ki, salfetdən də ucuzdur" - Sərxan TƏHQİRƏ KEÇDİ - FOTO

"Elə müğənnilərimiz var ki, salfetdən də ucuzdur" - Sərxan TƏHQİRƏ KEÇDİ - FOTO
09:52 24 Fevral 2020
207 Şou
Ölkə mətbuatı
A- A+

Mənə çatmayan bir şey var - Şadlıq evlərində salfet toydan ən azı bir ay, iki ay, bir həftə qabaq alınır. Amma bizim elə müğənnilərimiz var ki, salfetdən də ucuzdur, toy günü yada düşür.

Milli.Az xəbər verir ki, bu sərt açıqlamanı "Hər şey daxil"də aparıcı-aktyor Sərxan Kərəmoğlu edib.

Artıq müğənni kimi də özünü sınamağa başlayan Sərxan bəzi şou-biznes nümayəndələrini sənətlərinə dəyər verməməkdə ittiham edib:

"Filankəsə o müğənnini hədiyyə eləyirlər. Bu, çox pis bir şeydir. Toy günü zəng vurular ki, iki saatdan sonra toya gəl. Bunlar da hazırdılar. Mən gedə bilərəm. Amma elə bəylər, elə xanımlar var ki, sizin adınız var e. Ən azından ad-sanınız var sizin. 1 saat, 2 saat qabaq toya gedən müğənniyə mənim hörmətim yoxdur. O ki qaldı o pulu sənə verib, səni toya gətirən insanın sənə dünəndən hörməti olmayacaqdır". 

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/828036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR