Gecə saatlarında Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: 20 dəfə silkələndi

Gecə saatlarında Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: 20 dəfə silkələndi
10:08 24 Fevral 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa şəhərində şiddətli zəlzələ olub.

Publika.az xəbər verir ki, Akhisar rayonunda meydana gələn 4,8 bal gücündə yeraltı təkanlar İzmir, Bursa və İstanbulda da hiss edilib.

Təbii Fəlakət və Fövqəladə Hallarla Mübarizə Agentliyinin xəbərinə görə, yerli vaxtla saat 05:43-də meydana gələn zəlzələnin episentri 7 km dərinlikdə olub.

Kandilli Rəsədxanası isə zəlzələnin 5 bal gücündə olduğunu açıqlayıb.

Manisa valiliyindən verilən açıqlamada təbiət hadisəsindən sonra tələfat və dağıntı olmadığı bildirilib.

Zəlzələdən sonra bölgədə 20 avterşok qeydə alınıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/305875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR