9 ölkənin hərbi dəniz qüvvələri qərbə doğru HƏRƏKƏT EDİR - Döyüş hazırlığı gedir

9 ölkənin hərbi dəniz qüvvələri qərbə doğru HƏRƏKƏT EDİR - Döyüş hazırlığı gedir
10:18 24 Fevral 2020
96 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) "Dynamic Manta-2020" təlimlərinə bu gün start verir.

Publika.az xəbər verir ki, 24 fevral-6 mart tarixində keçiriləcək təlimlərə İtaliya Hərbi Dəniz Qüvvələri ev sahibliyi edəcək.

Alyansın suüstü və sualtı hərbi məsələlərdə müttəfiq ölkələr arasında əməkdaşlığını təkmilləşdirmək və təlim səviyyəsini yüksəltmək məqsədilə təşkil etdiyi "Dynamic Manta-2020"yə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ ordularından ümumilikdə, 5 sualtı, 5 dəniz patrul təyyarəsi və 8 müasir döyüş gəmisi qatılacaq.

“Dynamic Manta 2020” bütün iştirakçı ölkələrin birlik və ünsürlərinə birlikdə işləmək və potensiallarını artırmaq qabiliyyətləri üçün qarışıq və çətin döyüş təlimləri keçirmək məqsədi daşıyır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/305873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR