Maliyyə Nazirliyində kadr dəyişikliyi oldu

Maliyyə Nazirliyinə məxsus “Məlumat Hesablama Mərkəzi” MMC-nin direktoru Əbdül Dadaşov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elnur İbrahimova həvalə olunub.

Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 1996-cı ildə, 6 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas məqsədi maliyyə proseslərinin idarə edilməsini təkmilləşdirməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR