Cüdo yığmamız Tbilisidən 4 medalla qayıdır

Cüdo yığmamız Tbilisidən 4 medalla qayıdır
13:57 24 Fevral 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib. 
Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara layiq görülüblər.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-dmancilar-1-qizil-1-gumus-ve-2-burunc-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR