Özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutuldu

Özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutuldu
14:17 24 Fevral 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda vətəndaşları şantaj edən şəxs saxlanılıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, ayrı-ayrı vətəndaşlar rayon polis şöbəsinə müraciət edərək şantaja məruz qaldıqlarını bildiriblər.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, 1958-ci il təvəllüdlü İlham Rəsul oğlu Həsənov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, İ.Həsənov özünü "dogruxeber.com" saytının əməkdaşı kimi təqdim edərək vətəndaşları şantaj edib və onlardan böyük məbləğdə pul tələb istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/828447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR