Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq - AZAL

Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq - AZAL
14:43 24 Fevral 2020
93 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Hava Yolları” QSC İran İsalam Respublıikası istiqamətdə olan hava reysləri barədə məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu istiqamətdə hər hansısa dəyişiklik nəzərdə tutulmayıb: "Çoxsaylı müraciətlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

"O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmişdir, bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/305919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR