Bakıda konsert verən türk müğənni səhnədə spirtli içki içə-içə oxuyub - FOTO

Bakıda konsert verən türk müğənni səhnədə spirtli içki içə-içə oxuyub - FOTO
16:17 24 Fevral 2020
254 Şou
Ölkə mətbuatı
A- A+

Rejissor-aktyor Kənan M.M "Hər şey daxil"in efirində əcnəbi sənətçilərə öz məşhurlarımızdan qat-qat çox dəyər verildiyindən şikayətlənib.

Milli.Az xəbər verir ki, Kənan buna misal kimi Halil Sezainin Bakı konsertini yada salıb:

"2 il bundan qabaq Halil Sezai Bakıda konsert verdi. Tamaşaçılarla canlı ünsiyyətdə idi və əlində spirtli içki var idi. Heç kim də bunu işıqlandırmadı. Bir anlıq təsəvvür elə bu qardaş (Əlini uzadaraq verilişin digər qonağı əməkdar artist Babək Niftəliyevi göstərir - red) elə bir hərəkət eləsəydi təsəvvür edirsən bizimkilər neyləyərdi. Amma onu belə alqışladılar". 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/828529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR