Fizika institunda xocalı soyqırımının qurbanları yad edilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, Nazim Məmmədov açıb. O qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. N.Məmmədov gənclərin ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri unutmamaları üçün hər il Fizika İnstitutunda anım tədbirlərinin keçirildiyini vurğulayıb.

Metbuat.az xəbər verir ki, İnstitun elmi işlər direktor müavini, akademik Cavad Abdinov bildirib ki, 1988-ci ildən etibarən Ermənistanın təhriki ilə Qarabağ erməniləri Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürməyə başlamışdılar. 1988-1990-cı illərdə Ermənistandan 200 minə yaxın azərbaycanlının doğma yurdlarından qovulduğunu vurğulayıb.

C.Abdinov qeyd edib ki, ermənilər müxtəlif təxribat xarakterli hadisələr törədərək Azərbaycan torpaqlarında yerləşməyə çalışırdılar. O, bu hadisələrinin ən dəhşətlisinin 1992-cil fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş verdiyini bildirib. Xocalının 7 min əhalisi olduğunu vurğulayan akademik Qarabağ ərazisində yeganə hava limanınn burada yerləşdiyini qeyd edib. Soyqırım zamanı 366-cı motoatıcı alayın iştirakı ilə burada 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir alınıb, 487 nəfər isə ağır yaralanıb. Cavad Abdinov çıxışında Xocalıda ermənilərin törətdikləri vəhşiliklərdən, ermənilərin dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, patronlardan istifadə etdiklərindən danışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR