Şad xəbər: Koronavirusa qarşı dərman vasitəsi tapıldı

Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb.

Metbuat.az "İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxueya bildirib.

Onun sözlərinə görə, yeni dərman vasitəsinin nəticələri yaxşı olsa da, o yenidən yoxlanılmalı və üzərində işlənilməlidir.

Səfir onu da qeyd edib ki, uzun illərdir malyariyanın müalicəsində istifadə olunan "xloroxin fosfat”ın koronavirusla mübarizədə effektivliyi məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR