Abdullah Avcı Azərbaycan millisindən imtina etdi

Abdullah Avcı Azərbaycan millisindən imtina etdi
17:05 24 Fevral 2020
207 İdman
Ölkə mətbuatı
A- A+

Abdullah Avcı AFFA-nın təklifinini qəbul etməyib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyət" nəşri məlumat yayıb.

57 yaşlı mütəxəssisin assosiasiyanın təklifini rədd etməsinə səbəb kimi Super Liqada böyük klublardan birində çalışmaq istəyi göstərilib. Son klubu "Beşiktaş" olan Avcı hazırda "Fənərbaxça"nın baş məşqçisi olmağa ən real namizəd göstərilir. 

Super Liqanın XXIII turunda "Qalatasaray"a öz meydanında 1:3 hesabı ilə məğlub olan "sarı-lacivərdlilər"də Ersun Yanalın istefaya göndərilməsi və onu

Avcının əvəzləməsi müzakirə mövzusudu. Abdullah Avcının da məhz bu üzdən yığmamızı çalışdırmaq təklifini qəbul etmədiyi vurğulanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR