İrana uçuşlar dayandırıldı

İrana uçuşlar dayandırıldı
17:23 24 Fevral 2020
93 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Türk Hava Yolları aviaşirkəti İranın İsfahan, Məşhəd, Şiraz və Təbriz şəhərlərinə təşkil edilən aviareysləri 27 fevrala qədər təxirə salıb.

Publika.az xəbər verir ki, paytaxt Tehrana yalnız 2 reys həyata keçiriləcək.

Qərarın verilməsinə səbəb koronavirus epidemiyasının İranda sürətlə yayılmasıdır.

Qərar çərçivəsində İrandan Türkiyəyə qayıdan təyyarələrə yalnız Türkiyə vətəndaşları buraxlıacaq.

Qeyd edək ki, Türkiyə ötən gün İranla quru sərhədlərini başlayıb. Bu çərçivədə dəmir yolu səfərləri də dayandırılıb.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 12-yə, yoluxanların sayı 47-ə çatıb. Qeyri-rəsmi məlumata görə, isə ölənllərin sayı 50-ni keçib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/305938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR