"Real"da ciddi itki - "El Klasiko"da oynamayacaq

"Real"da ciddi itki - "El Klasiko"da oynamayacaq
19:12 24 Fevral 2020
297 İdman
Ölkə mətbuatı
A- A+

"Real" İspaniya La Liqasının 26-cı turunda "Barselona" ilə oyuna itkilərlə çıxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, zədəli Eden Hazardın ardından Rodriqonun da bu vacib görüşü buraxacağı dəqiqləşib.

Braziliyalı yarımmüdafiəçi "Real"in ikinci komandası olan "Kastilya"nın heyətində 3-cü liqada "San Sebastian Reyes"lə qarşılaşmada qırmızı vərəqə alıb. La Liqanın reqlamentinə əsasən Rodriqo növbəti matçda iştirak etməyəcək.

Qeyd edək ki, "Real" - "Barselona" oyunu martın 1-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR