İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağladı

İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağladı
19:17 24 Fevral 2020
274 Dünya
Ölkə mətbuatı
A- A+

İranın bəzi qonşu ölkələrlə sərhədlərinin bağlanması müvəqqətidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin müdiri Abbas Musəvi deyib.

A.Musəvi bildirib ki, İran Xarici İşlər Nazirliyi səfirliklər vasitəsi ilə qonşu ölkələrin rəsmiləri ilə məsləhətləşmələr aparır və heç bir şübhəli halın sərhədlərdən keçməcəyi haqda onları arxayın edib:

"Sərhədlərin müvəqqəti şəkildə bağlanması ticarət, idxal-ixraca mane olmamalıdır".

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 66 nəfərin yeni koronavirusa yoluxduğunu və 8 nəfərin həlak olduğunu təsdiqləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/828563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR