Hazard azı 3 ay oynamayacaq

Hazard azı 3 ay oynamayacaq
20:18 24 Fevral 2020
284 İdman
Ölkə mətbuatı
A- A+

“Real”ın zədəli futbolçusu gözləndiyindən Eden hazardın durumu daha ciddidir.

Publika.az xəbər verir ki, bu barədə Belçika yığmasının baş məşqçisi Roberto Martines məlumat verib.

O, İspaniya mətbuatına açıqlamasında Hazardın ən azı 3 ay meydana çıxa bilməyəcəyini deyib: “Bizim “Real”ın tibbi personalı ilə yaxşı münasibətimiz var. Edenin durumundan narahatıq. Təəssüf ki, bu zədə “Mançester Siti” ilə vacib oyun öncəsi oldu. Çox məyusuq. Çünki bu zədə onu ən azı 3 ay futbolsuz qoyacaq. Hazard kimi futbolçu həmişə meydanda olmalıdır”.

Xatırladaq ki, La Liqanın 25-ci turunda "Levante" ilə matçda (0:1) zədələnən belçikalı oyunçunun ayaq biləyində sınıq aşkarlanıb. / Qol.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/305950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR