Azərbaycanlı həkimdən XƏBƏRDARLIQ: Koronavirusa yoluxmamaq üçün bunları edin

Azərbaycanlı həkimdən XƏBƏRDARLIQ: Koronavirusa yoluxmamaq üçün bunları edin
23:43 24 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Apteklərdə maskanın qiymətində süni artım var. İnsanlar təşvişlə paçkalarla maska alır. Amma bilin ki, sadə üz maskası koronavirusa qarşı heç bir sədd ola bilməz".

Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim iddia edib ki, hətta N95 maskası insanı virusdan qoruya bilməz:

"Çünki gözün selikli qişasından da yoluxma mümkündür. Virus göz yaşı kanalı ilə rahatca buruna və tənəffüs yollarına keçə bilir. Yəni ki, maska taxmağın heç bir faydası yoxdu. Koronavirusun belə sürətlə yayılmasının səbəbi tək bu deyil. Xəstələrdə hələ heç bir əlamət başlamamış virus başqa insanlara yoluxa bilir. Yəni virusa yoluxmuş və onu yaymaqda olan insan kənardan xəstə kimi görünmür.
Yaxşı xəbər odur ki, sürətli yayılan (virulentliyi çox olan) virusların öldürmə qabiliyyəti bir o qədər də aşağı olur. Əgər sizin immunitet güclüdürsə heç bir müalicəsiz də sağala bilərsiniz. İmmuniteti gücləndirməyin xüsusi bir yolu hələ ki kəşf edilməyib. Amma ümumiyyətlə immun sistemi çökdürən hallardan yayınmaq lazımdır. Bunlar aşağıdakılardır:

1. İmmun supressant dərmanlar
2. Siqaret ve alkoqol
3. Artıq çəki
4. Stress, əsəb, yuxusuzluq
Əl ilə heç kimlə görüşməyin. Əlləri sabunla tez-tez yuyun. Əlinizi üzünüzə vurmayın.
İnsanlar çox olan qapalı mühitlərdən uzaq olun".

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/305959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR