Cənubi Koreyada minlərlə insan tibbi maska üçün növbəyə durdu - VİDEO

Hal-hazırda Çindən sonra ən çox insan Cənubi Koreyada yeni növ koronavirusa yoluxub.

Metbuat.az bildirir ki, xarici medianın verdiyi məlumata görə, ölkədə 833 nəfər xəstəliyə yoluxub, səkkiz nəfər isə onun qurbanı olub.

Ən çox yoluxma hadisəsi 2,5 milyon əhaliyə malik ölkənin dördüncü ən böyük şəhəri Tequda müəyyən edilib.

Həmin şəhərdə dronun çəkdiyi qeyri-adi video sosial şəbəkələri sarsıdıb.

Kadrlarda göründüyü kimi minlərlə insan tibbi maska almaq üçün nəhəng növbə yaradıb.

Xatırladaq ki, Tequda bütün məktəblər və uşaq baxçaları fəaliyyət göstərmir, kütləvi tədbirlər isə qadağan edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR