Orta məktəblərdə koronavirusla bağlı hansı tədbirlər görülür?

Orta məktəblərdə koronavirusla bağlı hansı tədbirlər görülür?
09:37 25 Fevral 2020
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Orta məktəblərdə koronavirusla bağlı müvafiq tapşırıqların icrasına artıq başlanılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair əmr verib. Əmrdə bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumu təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Qeyd olunan vəziyyət nəzərə alınaraq, ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, şagirdlər arasımda respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi, tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması, ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması, ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması kimi tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.

C.Valehov əlavə edib ki, məktəblərdə dezindeksiya işlərinin icrasına ötən həftədən başlanılıb.

Nazirlik rəsmisi qeyd edib ki, ümumilikdə məktəblərdə koronavirusla bağlı aparılan işlər tədrisin təşkilinə mane yaratmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/828655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR