Bakıda oteldə xarici vətəndaş əri tərəfindən döyüldü

Bakıda kişi arvadını döyüb.

Metbuat.az bildirir ki, hadisə fevralın 24-də paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Caspian Sport” otelində qeydə alınıb.

Belə ki, Şri-Lanka vətəndaşı Şahemodi Pilanan birlikdə yaşadığı əri tərəfindən qarnından vurulub. O, qarnın küt travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edib. İlkin tibbi yardım aldıqdan sonra qadın evə buraxılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılır. (report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR