Əfsanəvi basketbolçunun anım mərasimində duyğusan anları yaşandı - VİDEO - FOTO

Əfsanəvi basketbolçunun anım mərasimində duyğusan anları yaşandı - VİDEO - FOTO
10:32 25 Fevral 2020
212 İdman
Ölkə mətbuatı
A- A+

Ötən ay Los Ancelesdə helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayant üçün "Staples Center"də anın mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, mərasimdə basketbolçunun həyat yoldaşı Vanessa Brayant 13 yaşında həlak olan qızı Canna üçün "O, mənim işığım idi. Hər günümü aydınlandıran gün işığım. Tanrı onların bu dünyada bir-birilərindən ayrı qalmayacağını bilirdi. Onları birlikdə evimizdən aldı. Kobi, Cicimizə yaxşı bax" deyib.

Mərasimdə söz alan bütün zamanların ən yaxşı basketbolçularından hesab edilən Maykl Cordan danışarkən göz yaşlarına hakim ola bilməyib. O, "Kobi ilə birlikdə mənim bir parçam öldü. Bütün dünyada hər birimizin bir parçası öldü. Onu tanıdıqca ona ən gözəl qardaşlığı etməyə çalışdım" deyə fikirlərini ifadə edib.

Xatırladaq ki, içərisində məşhur basketbolçu Kobe Brayant və qızı Canna olan helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb. Onun göyərtəsində olan 9 nəfərin hamısı həlak olub.

Elçin Əlixan
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR