Fahriye Evcen doğuşdan sonra necə arıqladı?

Fahriye Evcen doğuşdan sonra necə arıqladı?
11:13 25 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Oğlunun sağlamlığını hər şeydən üstün tutan Fahriye Evcen doğuşdan sonra artıq çəkisi ilə gündəm olmuşdu.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kino ulduzunun ənənəvi üsullarla arıqladığı və əvvəlki çəkisinə qovuşduğu məlum olub. Ulduza yaxın mənbələrin sözlərinə görə, ənənəvi üsullarla qidalanan gözəl aktrisanın menyusunun əsas hissəsini qurudulmuş meyvələr, xurma, kompot və bulqur təşkil edir. 12 kq arıqlamağa müvəffəq olan Fahriye Evcen oğlunu ana südü ilə bəslədiyi üçün pəhriz müddətində heç bir zərərli məhsuldan istifadə etməyib.

Aktrisanın sarıköklü cövhərlə arıqlaması haqqında yayılan xəbərlərinsə fırıldaqçıların əsassız reklam iddiaları olduğu üzə çıxıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gozellik/305988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR