Bakı polisi bir gündə axtarışda olan 12 nəfəri saxladı

Bakı polisi bir gündə axtarışda olan 12 nəfəri saxladı
12:27 25 Fevral 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də 20 cinayətin üstü açılıb.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəsdən adam öldürməyə cəhdə görə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 2 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 12 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/828666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR