Azərbaycanda ən güclü külək BURADA əsib

Azərbaycanda ən güclü külək BURADA əsib
14:42 25 Fevral 2020
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində mövcud olan faktiki hava şəraitini açıqlayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, fevralın 25-i saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/828836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR