24 fevral "Beynəlxalq Keşnişə Nifrət Edənlər Günü" nədir? -

Keşniş kərəvəzkimilər fəsiləsindəki 3700 növdən biri olan bir bitki növüdür. İlk olaraq İran torpaqlarında yetişdirildiyi düşünülən keşniş günümüzdə Qərbi Asiya və Cənubi Avropada yabanı olaraq da yetişməkdədir. İngiliscə ən çox yayılan adı isə "coriander", "cilantro" və "Çin kərəvəzi"dir.

Metbuat.az xəbər verir ki, bu bitkini özünəməxsus edən başqa bir xüsusiyyət mövcuddur. Belə ki, keşniş insanları genetik olaraq 2 yerə bölməmizə səbəb olur: İnsanların 3-21 faizi bu bitkini yediyi zaman yuyucu toz və ya sabun dadı alır, hətta "çürümüş bir dad" aldıqlarını da düşünürlər. "Flavour" jurnalında yayımlanan bir araşdırmaya görə, Şərqi Asiyalıların 21 faizi, Avropalıların 17, Afrikalıların 14, cənubu Asiyalıların 7, Orta Şərqlilərin 3 faizi keşnişin dadına nifrət edir.

Keşnişdən nifrət edən insanlar o qədər çoxdur ki, 24 fevral 2020 tarixi "Dünya keşnişdən nifrət edənlər günü" kimi qeyd edilir.

Elm adamlarına məlumdur ki, keşnişə spesifik dadı verən ünsürlər polifenollar və linalollar kimi terpenlərdən ibarət 6 civarı maddənin qarışığıdır. Əkiz olan insanların 80 faizinin keşnişin dadı haqqında fərqli düşüncələrə aahib olması bu dadın genetik olduğuna işarə edirdi, lakin niyə fərqli insanlara keşnişin dadının fərqli gəlməsi məlum deyildi.

"23 and Me" adlı bir şirkətdən Nikolas Erikson və komandasıın 30 min insan üzərində aparılan sorğu nəticəsində maraqlı nəticələr ortaya çıxdı. "Flavour" jurnalında yayımlanan nəticələrə görə, bəzi insanların keşniş yeyərkən sabun dadı almalarının səbəbi OR6A2 adlı gendir. Bu gen aldehid adlandırılan maddələrə qarşı insan hissiyatını dəyişdirən gendir.

2011-ci ildə Toronto Universitetindən Lilli Mauer tərəfindən Avropakı 500 nəfər üzərində aparılan başqa bir araşdırma isə, keşnişin dadının acı hiss edilməsinə səbəb olan genlərin OR4N5 və TAS2R1 adlı genlər olduğunu göstərmişdi.

Keşnişin 92 faizi su, 4 faizi karbohidrat, 2 faizi protein və 1 faizi yağdan ibarətdir. Xüsusən A, C və K vitamini ilə zəngindir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR