Hüsnü Mübarək vəfat edib

Misirin keçmiş prezidenti Məhəmməd Hüsnü Mübarək 91 yaşında vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə məlumat xarici media tərəfindən yayılıb.

Qeyd edək ki, Məhəmməd Hüsnü Mübarək 1928-ci ilin may ayının 4-də doğulub. 1981-2011-ci illərdə Misirin prezidenti olub. 2011-ci ildə kütləvi etirazlar nəticəsində istefa verib. Hüsnü Mübarək 2012-ci ildə ömürlük həbs cəzası alıb. O, yüzlərlə insanın qətlində təqsirli bilinib. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib. (report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR