İrəvanda koronavirus həyəcanı: Paşinyan qurban verir

İrəvanda koronavirus həyəcanı: Paşinyan qurban verir
15:17 25 Fevral 2020
271 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirus Ermənistan hakimiyyəti daxilində böyük təşviş yaradıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "İrates" qəzeti yayıb.

"Hakimiyyətin bütün iqtisadi və siyasi planları məhv olmaq ərəfəsindədir. Narahatlığa əsas səbəb koronavirusun ölkədə planlaşdırılan referendumu məhv edəcəyidir. Belə ki, virusun yayılmasından qorxan kütlə Mənim Addımım Blokunun "Bəli" təşviqat mitinqlərinə qatılmaya bilər", - o bildirib.

Bununla belə hakimiyyətin koronavirusa görə Səhiyyə naziri Arsen Torosyanı qurban verəcəyi vurğulanıb. Hazırda bu istiqamətdə hakim blokdan olan deputat Narek Zeynalyanın hazırlıq apardığı bildirilib. Ümumilikdə əməliyyatın xaç atasının Baş nazirin müavini Tiqran Avinyan olduğu qeyd edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/828794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR