AFFA Mahir Emrelini bir, "Sabah"ın legionerini 2 oyunluq cəzalandırdı

AFFA Mahir Emrelini bir, "Sabah"ın legionerini 2 oyunluq cəzalandırdı
15:22 25 Fevral 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Mahir Emrelini bir oyunluq cəzalandırıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 23 yaşlı hücumçunun Premyer Liqanın XVIII turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə qırmızı vərəqə alması səbəb olub.
Ağdam təmsilçisi bunun üçün 200 manat ödəyəcək. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə “Qarabağ” klubu 400 manat cərimə olunub.
"Sabah"in futbolçusu Yevgeni Koçuk isə iki oyunluq cəza alıb. Moldovalı yarımmüdafiəçi eyni turda "Səbail"lə qolsuz heç-heçə etdikləri oyunda qırmızı vərəqə görüb. Görüşdə xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-mahir-emrelini-bir-sabah-in-legioerini-2-oyunluq-cezalandirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR