Yaponiyada 20 il əvvəl baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsi anılıb

Yaponiyada 20 il əvvəl baş vermiş dəhşətli zəlzələnin qurbanlarının xatirəsi anılıb
14:58 17 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+



Tokio, 17 yanvar, AzərTAc
Yanvarın 17-də Yaponiyanın qərb hissəsində yerləşən Kobe şəhərində və ətraf rayonlarda baş vermiş Böyük Hanşin-Avaci zəlzələsinin 20-ci ildönümü tamam olub.
Bu dəhşətli zəlzələ zamanı həlak olanların qohumları və faciənin şahidləri həmin gün həyatını itirən insanların hər birinin xatirəsinə ehtiram əlaməti olaraq 6434 ədəd bambuk fənər yandırıblar. Yerli vaxtla səhər saat 5:46 dəqiqədə, zəlzələnin baş verdiyi an təbii fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ötən 20 ildə şəhərin və ətraf rayonların bərpasına 130 milyard dollar vəsait sərf olunub. Region əhalisinin sayı əvvəlki səviyyəyə çatıb.
Hazırda Kobe şəhərində yaşayan əhalinin 44 faizi təbii fəlakətdən sonra anadan olanlar və bu şəhərə köçüb gələnlərdir. Zəlzələnin dəhşətlərini yaşayanlar bu faciə zamanı əldə etdikləri təcrübəni növbəti nəsillərə ötürməyə çalışırlar.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyada_20_il_evvel_bas_vermis_dehsetli_zelzelenin_qurbanlarinin_xatiresi_anilib-825502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR