"Neftçi" və "Keşlə"nin futbolçuları hakimi təhqir etdikləri üçün 5 oyunluq cəza aldılar

"Neftçi" və "Keşlə"nin futbolçuları hakimi təhqir etdikləri üçün 5 oyunluq cəza aldılar
16:27 25 Fevral 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

AFFA aşağı liqalarda hakimləri təhqir edən və fiziki təzyiq göstərənlərlə bağlı qərarlarını açıqlayıb.
"Report"un məlumatına görə, Region Liqasında "İmişli"nin futbolçusu Elxan Məmmədov "Şamaxı" ilə matçda hakimə qeyri-etik ifadələr işlətdiyi üçün 4 oyunluq cəza alıb.
"Şamaxı"nın oyunçusu Rəhman Musayev də eyni səbəbdən 4 oyun buraxacaq.
U-17 Liqasında "Keşlə"nin futbolçusu Azər Fərmanov baş hakimə fiziki təsir göstərib, bunun üçün 5 matçlıq cəzaya məruz qalıb. U-15 Liqasında isə "Neftçi" İK İB-nin köməkçi məşqçisi hakimə qarşı nalayiq ifadələr işlədib. Qırmızı vərəqə alan oyunçuya 5 oyunluq cəza verilib.
U-14 Liqasında “Azəri” TİM-in oyunçusu Orxan Verdiyev, U-13 Liqasında “Şəmkir” Gİİ UGİM-in futbolçusu Əli Əhmədov, U-11 Liqasında isə "Zirə"nin baş məşqçisi Manaf Kələntərli hakimi təhriq ediblər. Hər üç şəxs 3 oyunluq cəza alıblar. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-ve-kesle-nin-futbolculari-hakimi-tehqir-etdikleri-ucun-5-oyu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR