Azərbaycanda bahalı boyunbağı oğurlayanlar tutuldu - FOTO

Azərbaycanda bahalı boyunbağı oğurlayanlar tutuldu - FOTO
16:48 25 Fevral 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində soyğunçuluq edən şəxslər saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, fevralın 19-da Gəncə şəhər sakini E.Əhmədovanın yaşadığı binanın dəhlizində boynunda olan 3 200 manatlıq qızıl boyunbağını açıq yolla talayaraq ona qarşı soyğunçuluq edilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdiyi təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağdam şəhər sakini, 26 yaşlı Əyyub Razimco və Bərdə şəhər sakini, 23 yaşlı Surxay Həsənov şübhəli şəxs qismində maddi sübutla birlikdə saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadisələrini etiraf edərək boyunbağını Bərdə şəhərində 2 330 manata satdıqlarını və əldə etdikləri pulu xərclədiklərini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/306037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR