Azərbaycan koronavirusun qarşısını almaq üçün hansı addımları atır?

Azərbaycan koronavirusun qarşısını almaq üçün hansı addımları atır?
16:58 25 Fevral 2020
96 Digər
Ölkə mətbuatı
A- A+

Çində ortaya çıxan koronavirusun qonşu İranda yayılması və ölənlərin olması Azərbaycanda cəmiyyətin ciddi təlaşına səbəb oldu. Son iki gündə insanların kütləvi şəkildə qoruyucu maska və tibbi spirt alması təşvişin miqyasını təsəvvür etməyə imkan verir. Lakin virusun İranda yayılmasından dərhal sonra Azərbaycanın sərhədləri bağlaması və dezinfeksiya tədbirlərini həyata keçirməsi məsələnin dövlətin nəzarətində olduğunu göstərdi. Hazırda Azərbaycanda virusa yoluxan yoxdur və həyata keçirilən önləyici tədbirlər bu təhlükənin ölkəmizdən yan keçəcəyi inamını gücləndirir.

Publika.az
Azərbaycanın koronavirusun yayılması təhlükəsinin qarşısını almaq üçün həyata keçirilən tədbirləri təqdim edir:

Çində COVİD-19 koronavirus infeksiyasının yayılmağa başladıqdan sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiyası yaradıldı, yanvarın 30-da Fəaliyyət Planı təsdiqləndi.

Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarda profilaktik tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb. Azərbaycanla həmsərhəd olan İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayıldığı şəraitdə Azərbaycanın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib. İranda vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunub. Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş rejiminə keçiblər.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərincədir. Bununla yanaşı, adətən belə beynəlxalq miqyaslı hallar müşahidə olunan zaman ayrı-ayrı şəxslər tərəfindən təxribat xarakterli, yanlış məlumatlar dövriyyəyə buraxılır. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əhali saxta xəbərlərə etibar etməsin, yalnız Azərbaycanın rəsmi qurumlarının məlumatlarına etibar etsin.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınmadığını rəsmi şəkildə bəyan edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/306042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR